Şahmatçımız Birləşmiş Ərəb Əmirliklərindəki turnirdə qalib olub

Azərbaycan şahmatçısı Aqşin Əlizadə Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində təşkil edilən yarışda qalib olub.

Presssport.az Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, o, festivalın “Futures” turnirində 1-ci yeri tutub.

7,5 xal toplayan Əlizadə əlavə göstəricilərə görə bütün rəqiblərini qabaqlayıb. Turnirdə 3-cü yeri hesabında 7 xalı olan digər şahmatçımız Yunis Mahmudzadə tutub.

Şarjadakı “Masters” yarışında təmsilçilərimizdən ən yaxşı nəticə Aydın Süleymanlıya məxsusdu. O, 9 turda 6 xal toplamaqla turniri 10-cu yerdə başa vurub.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC