“Qarabağ”ın qapıçısı Andrey Lunyov Ağdam təmsilçisi ilə yeni müqavilə imzaladığı ilə bağlı yayılan xəbərlərə növbəti dəfə münasibət bildirib.
Presssport.az xəbər verir ki, təcrübəli rusiyalı qolkiper "Match TV"yə açıqlamasında bu məlumatları şayiə adlandırıb: "Bütün məsələlər mövsümün sonunda həll olunacaq. Bu cür xəbərlər diqqəti yayındırır? Fikir vermirəm. Hər bir futbolçu haqqında bu cür xəbərlər normaldı. Bütün diqqətimi komandam üçün oynamağa və mövsümün sonuna cəmləmişəm. Qarşıda bizi vacib matçlar, kubokun finalı gözləyir”.
Xatırladaq ki, 32 yaşlı Lunyovun "Qarabağ"la hazırkı müqaviləsi bu mövsümün sonunda başa çatır.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC