“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini avrokuboklar tarixinə düşüb.
Presssport.az xəbər verir ki, buna səbəb onun komandasının Avropa Liqasının qalibi olmasıdı.
Belə ki, Qasperini avrokuboklar tarixinə ilk finalında qalib gələn ən yaşlı məşqçi kimi düşüb. İtaliyalı mütəxəssis buna 66 yaş 117 günlüyündə nail olub.
“Atalanta” finalda “Bayer”ə 3:0 hesabı ilə qalib gəldiyi görüşdə bütün qolların müəllifi olan nigeriyalı hücumçusu Ademola Lukman da düşüb. Belə ki, 27 yaşlı forvard Avroliqanın həlledici matçında hettrikə imza atan ilk afrikalı futbolçu olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC