Millimizin futbolçusu Rahil Məmmədovun çıxış etdiyi Polşanın LKS klubu baş məşqçisi Marçin Matisyakla yollarını ayırır.
Presssport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, Matisyak “Stal”la sonuncu turun matçından sonra vəzifəsindən ayrılacaq.
Yeni baş məşqçinin iyun ayında bəlli olacağı da açıqlanıb. Ekstraklasada 21 xalla 18-ci pillədə qərarlaşan LKS-in aşağı liqaya düşəcəyi dəqiqləşib.
Xatırladaq ki, 29 yaşlı Məmmədovun Lodz klubuyla müqaviləsi 2025-ci ilin yayınadək nəzərdə tutulub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC