Azərbaycan boksçusu Şamil Əsgərov Tailandın paytaxtı Banqkokda təşkil olunan II Dünya Olimpiya Təsnifat Turnirinə qələbə ilə başlayıb.
Presssport.az xəbər verir ki, 57 kq çəkidə qüvvəsini sınayan idmançımız 1/32 finalda Sinq-Yu Tso (Honkonq) ilə qarşılaşıb.
Döyüş Əsgərovun 4:1 (29:28, 28:29, 29:28, 30:27, 29:28) hesablı qələbəsi ilə başa çatıb.
O, ikinci görüşündə ilk mərhələdən azad olan Rujakran Jantronqla (Tailand) üz-üzə gələcək. Həmin döyüş mayın 28-də baş tutacaq.
Xatırladaq ki, boks millimiz yarışda 9 boksçu ilə təmsil olunur.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC