AFFA-nın İntizam Komitəsi I və II Liqalarda çıxış edən 3 futbolçunu 4 oyunluq cəzalandırıb.
Presssport.az xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub.
I Liqanın XXVII turu çərçivəsində mayın 22-də baş tutan “Difai Ağsu” - “Zaqatala” görüşünün 33-cü dəqiqəsində qonaqların futbolçusu Roini İsmayılov təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzaya məruz qalıb, klubu 300 manat cərimələnib.
II Liqanın XXVI turu çərçivəsində mayın 20-də baş tutan “Dinamo” - “Sheki City” qarşılaşmasında meydan sahiblərindən Şahin Əliyev, qonaqlardan isə Sərcan Omarov eyni cəzaya məruz qalıb. Belə ki, hər 2 futbolçu təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqları üçün 4 oyunluq diskvalifikasiya edilib, klubları hərəyğ 300 manat cərimələnib.
İntizam Komitəsi Əvəzedicilər liqasında çıxış edən “Zirə-2”nin oyunçusu Tamerlan Burcəliyevə isə 3 oyunluq cəza verib. Buna adıçəkilən futbolçunun XXXV turda “Kəpəz-2” ilə oyunun 90+5-ci dəqiqəsində qeyri-etik ifadə və ya hərəkətə yol verməklə meydandan qovulması səbəb olub. “Zirə-2” futbolçusunun bu hərəkətinə görə 200 manat cərimələnib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC