Lunyov ərəblərin cəlbedici təklifindən imtina edib: "Ona 1 milyon dollar və daha çox maaş təklif etdilər"

“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyov bu yaxında “Əl-Feyha”nın təklifini rədd edib.

Presssport.az xəbər verir ki, bu haqda futbolçunun keçmiş agenti Anton Smirnov məlumat verib.

Onun sözlərinə görə, 32 yaşlı qolkiperi yaşayış şəraiti qane etməyib: “Andrey mənə səsli formada vida mesajı göndərdiyi gün Denis Sarsaniya ilə də danışıb. Dedi ki, heç bir seçiminiz yoxdu, mənə heç nə tapa bilməzsiniz. Çox təəccübləndim, çünki iki həftə əvvəl Lunyov başqa agentin köməyi ilə onun üçün tapdığım variantdan imtina etmişdi. Söhbət Səudiyyə Ərəbistanının “Əl-Feyha” klubundan gedir. Onların baş məşqçisi Vuk Raşoviçlə, qapıçılar üzrə məşqçiylə, baş direktorla konkret danışıqlar aparılmışdı. Bütün mərhələlərdə Andreyin namizədliyi təsdiqləndi. Ona 1 milyon dollar və daha çox maaş təklif etdilər. Və Andrey bu variantdan imtina etdi. Onu şəhərdəki yaşayış şəraiti qane etmirdi. Hərçənd, ordakı bütün futbolçular villalarda yaşayır. Dubayla bir saatlıq uçuş var ki, orda ailəsi yaşaya bilərdi".

Xatırladaq ki, Lunyov müqaviləsi bu yay başa çatan “Qarabağ”la danışıqlar mərhələsindədi. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC