PFL-dən pley-off oyunları ilə bağlı məlumat: "Müəyyən hüquqi məsələlərin həllindən sonra yekun qərar veriləcək"

2024/25 mövsümündə I Liqada çıxış etmək uğrunda cari mövsüm I Liqada 9-cu yeri tutmuş klubla II Liqada 2-ci olmuş klub arasında keçirilməli olan pley-off qarşılaşmaları ilə bağlı müəyyən hüquqi məsələlərin həllindən sonra yekun qərar veriləcək.

Presssport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. 

Bununla bağlı ətraflı məlumat açıqlanacaq.

2024/25 mövsümündə II Liqada çıxış etmək üçün cari mövsüm II Liqada 13-cü yeri tutan komanda ilə AFFA Region Liqasının finalçısı pley-off matçları isə əvvəlcədən nəzərdə tutulduğu kimi 29 may və 05 iyun tarixlərində oynanılacaq.

Xatırladaq ki, I Liqada 9-cu yeri “Difai Ağsu”, II Liqada 2-ci pilləni “Cəbrayıl” tutub. 
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC