“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” heyətinə yeni futbolçu qatıb. Presssport.az xəbər verir ki, Portuqaliya təmsilçisi PSJ-nin futbolçusu Şer Nduru heyətinə qatıb.
Klublar arasında danışıqlar müsbət yekunlaşıb. Razılığa əsasən, 19 yaşlı italiyalı yarımmüdafiəçi mövsümün sonuna qədər icarə əsasında “Braqa”da çıxış edəcək. Gənc futbolçu yaxın günlərdə tibbi müayinədən keçdikdən sonra müqavilə bağlayacaq.
Ndur PSJ-yə 2023-cü ilin yayında "Benfika"ya keçdiyindən cəmi yarım ildən sonra Portuqaliyaya qaıdır. O, 2028-ci ilədək müqaviləsi olduğu parislilərin heyətində bu mövsümdə 4 matçda çıxış edərək 1 qola imza atıb.
Xatırladaq ki, “Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını 22-də evdə keçirəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC