Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti Mikayıl Cabbarov U-23 Avropa çempionatında yüksək nəticə əldə etmiş qadın güləşçilərimizi təbrik edib.
Presssport.a verir ki, bu barədə AGF rəhbəri sosial şəbəkədə qeyd edib.
İqtisadiyyat naziri də olan Cabbarov bunları yazıb: “Bakıda keçirilən U-23 Avropa çempionatında qadın güləşi üzrə millimiz tarixində ilk dəfə komanda hesabında üçüncü yeri tutub. Yığmamızın üzvləri Jalə Əliyeva (57 kq) qızıl, Elnurə Məmmədova (53 kq) gümüş, Ruzanna Məmmədova (59 kq) isə bürünc medal qazanıb. Komandamızın üzvlərini və məşqçiləri təbrik edir, gələcək yarışlarda uğurlar arzulayıram”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC