"Spartak" Lunyovu transfer etməyə hazır olub, portuqaliyalı maneçilik törədib

“Qarabağ”ın qapıçısı Andrey Lunyov Moskva “Spartak”ının transfer siyahısında olub. 

Presssport.az xəbər verir ki, bunu 32 yaşlı futbolçunun maraqlarını yaxın keçmişədək təmsil etmiş rusiyalı agent Anton Smirnov deyib.

Onun sözlərinə görə, əvvəlcə klub rəhbərliyi Lunyovla maraqlansa da, sonda bu variant “qırmızı-ağlar”ın idman direktoru Tomas Amaral tərəfindən rədd edilib. Portuqaliyalı funksionerin bu qərarına səbəb qapıçının yaşı olub. Belə ki,  "Spartak" gələcəkdə sata biləcəyi daha gənc oyunçularla müqavilə imzalamaq istəyir: “Spartak” variantı var idi? Bəli, bu variant qış “transfer pəncərəsi”nə hazırlıq zamanı müzakirə olundu. Lakin tez bir zamanda ortaya çıxdı və tez də yox oldu. Tərəfdaşım məlumatı "Spartak"ın baş direktoru Oleq Malışevə çatdırdı. O, çox maraqlandı, amma Amaral artıq klubda idi. Malışev bu variantı daxildə müzakirə edib geri qayıdacaqlarını bildirdi. Müzakirə edildi. Amaral cavab verdi ki, sırf ustalıq nöqteyi-nəzərindən Lunyov üçün heç bir sual yoxdu. Lakin yaş nöqteyi-nəzərindən aktiv və potensial olaraq onlarla bazara girə biləcək daha gənc oyunçulara sahib olmaq istəyirlər".

Xatırladaq ki, Andrey cari mövsümün əvvəlində “Bayer”dən "Qarabağ"a keçib. 

 

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC