"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan çempionatında tətbiq olunan VAR-la bağlı növbəti dəfə narazılığını bildirib. Pressport.az xəbər verir ki, o, bununla İnstaqramdakı rəsmi səhifəsində paylaşım edib.
Paylaşımda əvvəlcə Misli Premyer Liqasının 19-cu turunun "Səbail" - "Zirə" matçında (0:0) qonaq komandanın futbolçusu Rüstəm Əhmədzadəyə qarşı edilən qayda pozuntusunun penalti kimi qeydə alınmaması əks olunub. Ardınca isə Afrikada çəkildiyi ehtimal olunan, hakimlərin epizodlardan birini həvəskar səviyyədə - kiçik videokamerada izləməsi anı yer alıb. Həmin epizoda Sadıqov "Zirə"nin oyunlarında" şərhini yazıb.
Qeyd edək ki, "Səbail" - "Zirə" oyunun baş hakimi Fərid Hacıyev olub. O, VAR-a baxdıqdan sonra R.Əhmədzadəyə qarşı epizodu qayda pozuntusu kimi qeydə almayıb (qol.az)
(https://www.youtube.com/watch?v=uZdhA9uC9r4&t=51s)
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC