Premyer Liqanın XXXVI turunda "Neftçi"nin qonağı olacaq "Sabah" avrokuboka vəsiqə baxımından xüsusi önəm daşıyan matça itkilərlə çıxacaq.
Bunu Presssport.az-a açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov deyib. O, heyətdə həm cəza, həm də zədəylə bağlı problemlərin olduğunu diqqətə çatdırıb: "Qəbələ" ilə matçda qırmızı vərəqə alan Davit Volkov bu qarşılaşmada da iştirak edə bilməyəcək. Vinsent Till isə zədə səbəbindən "Neftçi" ilə matçı kənardan izləyəcək. Digər legionerlərimiz - İshak Belfodil və Kahim Parrisin durumları qeyri-müəyyəndi. Onların adlarının iştirak ərizəsinə salınıb-salınmayacağı ilə bağlı yekun qərarı baş məşqçi verəcək".
Xatırladaq ki, “Neftçi Arena”dakı görüşün start fiti saat 19:00-da səslənəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC