Premyer Liqamızda cari mövsüm finiş xəttinə çatır. Əsas diqqət bugünkü matçlara yönələcək. Çünki bütün medalçılar məhz saat 19:00-da başlayacaq qarşılaşmalardan sonra bilinəcək. Sabah Tovuzda isə turnir cədvəli baxımından önəm daşımayan Qərb derbisi, ardından isə paytxatda çempionun matçıyla son nöqtə qoyulacaq.
Məlumdu ki, 3 vəsiqəyə 4 iddiaçı var. Hazırda 2-ci və 3-cü pillələrdə olan “Neftçi”ylə “Zirə” qalib gələrlərsə, digər 2 medalçı onlar olacaq. Onda 4-cü pilləni kim tutacaqsa, o da avrokuboklara axırıncı vəsiqəyə sahib çıxacaq. Özü də Miodraq Bojoviçin komandasının gümüş medalçı olarsa, Konfrans yox, Avropa Liqasına yollanmaq şansı daha çox olacaq. Çünki “Qarabağ”ın "qızıl dubl" edəcəyi real görünür ki, bu halda Avroliqaya məhz 2-ci pillənin sahibi gedəcək. Onu da unutmayaraq ki, klub rəhbərliyi Bojoviçin qarşısında 2-ci yeri tutmaq və kuboku qazanmaq qoyulub. Kubokda yarımfinalda dayanan “Neftçi” gümüş medalmı da ola bilməzsə, monteneqrolu baş məşqçisiylə yolar ayrılacaq.
Turnir cədvəlinə görə ən az şanslı “Sumqayıt” görünə bilər. Çünki turnir cədvəlində 5-ci pillədədi və rəqiblərindən xal baxımından da geridə qalır. Lakin Samir Abasovun komandasının işinə yarayan iki rəqibinin - “Neftçi”ylə “Sabah”ın bir-biriylə oynamasıdı. Yəni, ən azı birinin xal itkisi qaçılmazdı. “Sumqayıt”a ikisinin də xal itirməsi, yəni heç-heçə daha çox sərf edir. Çünki bu halda “Sabah”ı keçərək “Neftçi”yə çatacaq və şəxsi oyunladakı nəticələrə (0:1, 2:1, 2:1, 1:1) görə onu da qabaqlayacaq. Təbii ki, bunun üçün “gənclik şəhəri”nin təmsilçisi ilk növbədə özü qələbə qazanmalıdı. Bunu isə son pillənin sahibi, I Liqaya düşəcəyi xeyli vaxtdı dəqiqələşən “Qəbələ”ylə ev matçında reallaşdırmaq lazımdı. Onu da unutmayaq ki, Kaxaber Tsxadadzenin komandası Premyer Liqada yerini itirəndən sonra 3 oyundu qələbələri sıralayır. Hər halda, “Sumqayıt”ın yenilənən “Mehdi Hüseynzadə”də belə vacib matçda büdrəcəyi inandırıcı görünmür.
“Sumqayıt” heç-heçə edərsə, “Sabah”ın uduzacağı halda, onunla xalları bərabər olacaq. Bu halda isə Krunoslav Rendiluçin komandası qarşısında “yaşıl işıq” yanacaq - 0:1, 3:1, 2:1, 2:1. Bu yerdə bildirək ki, “Zirə” də uduzarsa, bu halda 3 komandanın xalları bərabər olacaq. Onda isə komandaların öz aralarındakı oyunlardakı nəticələr hesablanacaq. Rəşad Sadıqovun komandası bu halda rəqiblərini qabaqlayacaq (15 xal), “Sabah” onun ən yaxın izləyicisi (12 xal) olacaq, Samir Abasovun komandası isə “ofsayd”da qalacaq (6 xal).
“Neftçi” uduzarsa, “Zirə” isə bərabərliyə qalarsa, bu halda onların xalları bərabərləşəcək. Onda “ağ-qaralar” öndə olacaq - 1:1, 1:0, 1:0, 1:3.
Onu da bildirək ki, Avroliqaya kimin gedəcəyi istənilən halda, finaldan sonra bəlli olacaq. “Qartallar” medalçı ola bilməyib, tarixində ilk dəfə titul - ölkə Kubokunu qazansa, Avropa Liqasına özü gedəcək.
1. Qarabağ 35 26 4 5 95-35 82
2. Neftçi 35 16 8 11 51-39 56
3. Zirə 35 15 10 10 32-22 55
4. Sabah 35 16 7 12 49-40 55
5. Sumqayıt 35 14 12 9 36-38 54
6. Turan Tovuz 35 12 9 14 52-53 45
7. Səbail 35 11 9 15 50-59 42
8. Kəpəz 35 9 8 18 39-66 35
9. Araz-Naxçıvan 35 9 8 18 29-48 35
10. Qəbələ 35 7 5 23 30-63 26
Bombardirlər:
Olavio Juninyo ("Qarabağ") - 19 qol
Aleksandr Ramalinqom ("Səbail") - 15 qol
Yassin Benzia ("Qarabağ") - 12 qol
Nəriman Axundzadə ("Qarabağ") - 12 qol
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC