Renduliç özünü yox, futbolçularını qəhrəman saydı: "Belə ruhla "Real"a da qalib gələ bilərik"

"Oyun haqda heç nə deyə bilmərəm. Futbolçularım qəhrəmandı. Gəldiyimdən bəri 11 oyun keçirmişik və 8-də qələbə qazanmışıq. Avropaya getməyə layiq biz idik. Bura gələndə demişdim ki, sona qədər 2-ci yer uğrunda mübarizə aparacağıq. Səhv də edə bilərik. Futbolçularım mükəmməl oyun sərgilədilər. Fikrimcə, ilk saniyədən sona qədər daha yaxşı idik. Çox xoşbəxtik".

Presssport.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç Premyer Liqanın 36-cı turunun "Neftçi" ilə oyunundan sonra deyib.

O, ardından jurnalistlərin suallarını cavablandırıb.

- Avrokuboklarda uğur qazanmaq üçün hansı mövqeyə transfer edəcəksinizz?

- Məncə, hazırda qələbəni qeyd etməliyik. Hansı mövqelərə transfer lazım olduğunu bilirik. Vaxtımız da yoxdu. Əminliklə deyə bilərəm ki, bəzi oyunçular gətirəcəyik.

- Komandaya gəldiyinizdə nəticələr qənaətbəxşdən də aşağı idi. Rəhbərlik qarşınıza hansı nəticəni qoymuşdu?

- Daha çox özüm-özümün qarşısına məqsəd qoymuşdum. Bura gələrkən 5-6-ci yerlər uğrunda vuruşmağa gəlməmişdim. Həmişə yüksək məqsədlər istəmişəm. Bəzən buna çata bilirsən, bəzən də yox. Yüksək səviyyə varsa, məqsədlərə nail olacaqsan.

- Qol epizodlarınız çox olsa da, cəmi 1-dən istifadə etdiniz. Hücumun sivri ucundakı problem sizi narahat edir?

- Hansı mövqeyə transfer lazım olduğunu bilirik. Nə vaxt olacağını demək çətindi. Oyunçuları vaxtında gətirmək istəyirik.

- Fasilədə futbolçularınızla hansı söhbətiniz oldu?

- Heç nə demədim. Sadəcə bildirdim ki, birinci hissəni əla oynadız, ikinci hissəni də aqressiv oynamalısız. "Neftçi"yə 1, bizə 3 xal lazım idi. İstədiyimiz 3 xalı da qazandıq.

- İnsident kənardan necə görünürdü və son 9 dəqiqədə hansı hisləri keçirdiz?

  • Spesifik nəsə deyə bilmərəm. Çünki insidenti tam görmədim. Son dəqiqələrdə futbolçularım sakit olmalı, rəqibin provakasiyasına getməməliydi. Hakimlərə gəldikdə, niyə bu qədər vaxt əlavə edildi, bilmirəm. Bəzən deyirəm ki, niyə 10-11 dəqiqə göstərmirlər?

- "Jrinski Mostar"da kubok və çempionluq qazanmısız, "Sabah"da isə bürünc medallara sahib oldunuz. Tərəzinin gözünə qoyanda, hansı daha ağır gəlir?

- (gülür) Əvvəlki klubumda ilk ildə iki uğur qazanmaq, Konfrans Liqasına düşmək böyük uğurlardır. Amma bir şeyi deyim ki, bura gələndə, "Sabah" 6-cı pillədəydi və heç kim bizə inanmırdı. Futbolçular ağır şəkildə işlədi və bunun mükafatını aldı. Hər ikisini böyük uğur hesab edirəm.

- "Sabah"dan avrokuboklarda ötən mövsümkü nəticədən daha yaxşısını gözləmək olar?

- Hələlik heç nəyə söz verə bilmərəm. Çalışacağıq ki, nə bacarırıqsa, edək. Mərhələləri keçmək barədə nəsə deyə bilmərəm. Komandada bu cür ruh olarsa, hər komandaya qalib gəlmək mümkündü. Belə yanaşma, belə ruhla "Real"a da qalib gələ bilərik. Niyə də olmasın? Çalışdırdığım komanda 20 ildən sonra "Dinamo"(Zaqreb) klubuna qalib gəlmişdi. Acmışam icazə verin, gedim (gülür).

- Futbolçularınızın qəhrəman olduğunu dediz. Bəs, siz özünüz qəhrəmansınız?

- Oyunçularsız oynaya bilmərik. Hər şey futbolçulardan asılıdır. Onlarsız heç nə edə bilmərik.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC