Bojoviç gələcək taleyi üçün bir az gözləməyi məsləhət gördü: "Tək günahkar mən deyiləm"

"Sabah" oyuna daha yaxşı başladı. 30-cu dəqiqəyə qədər topa nəzarət edirdilər. Bizim də qol vurmaq üçün 2 qol epizodumuz oldu. Oyunu bərabərləşdirə bilmişdik. İkinci hissədə həm onlarda, həm də bizdə qol şansları var idi. Təəssüf ki, onlar qol vurmağa nail oldular və qalib gəldilər".

Presssport.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç Premyer Liqanın son turunda “Sabah”a evdə 0:1 hesabıyla uduzduqları oyundan sonra keçirilmiş mətbuat konfransında deyib. 

O, ardındam jurnalistlərin suallarını cavablandırıb.

- Necə düşünürsüz, analizlərdən danışmaq artıq gec deyil?

- Nə etməliyəm ki? Mövsüm barədə danışırıqsa, deyə bilərik ki, uğursuzuq. "Neftçi" liqanı 5-ci yerdə bitirdisə, demək ki, uğursuzluq var.

- Gələcək haqda planlarınız nədi? Bu komanda ilə nə edə bilərsiniz?

- Bu suala cavab verə bilmərəm. Sadəcə, bir az gözləmək lazımdı.

- Qarşınıza 2-ci yeri tutmaq, kuboku qazanmaq məqsədi qoyulmuşdu. Amma heç nə edə bilmədiniz. Tarixi klubu bu hala saldığınız üçün utanırsız?

- Nəticəyə görə məsuliyyət daşıyıram. Çempionatın ikinci hissəsində 29 xal qazanmışdıq. Mənə qədər isə komanda bundan az xal toplamışdı. Mövsümün əvvəlində xal qazanmaq, liqanın ikinci yarısında qazanmaqdan daha asandı. Hər bir komandada uğursuzluq olur. Bəli, uğursuz olduq, günahkaram. Amma tək günahkar mən deyiləm.

- İlk dəqiqələrdən hiss olunurdu ki, 1 xal üçün oynayırsız. Yenidən oyuna başlamalı olsaydız, fərqli taktika seçərdiz?

- 1 xal üçün oynamırdıq. Bilirdik ki, "Sabah" əks-hücumlara yaxşı çıxır. Özümüz üçün boş sahələr axtarırdıq. Qol vursaydıq, qalib gələ bilərdik. Amma "Sabah"ın qapıçısı onları xilas etdi. Hakimə bildirdik ki, əvəzetməni hazırlamışıq, buna icazə vermədi.

- "Qarabağ"la görüşdən sonra mənə kiçik jurnalist demişdiz. "Neftçi" 5-ci yeri tutdu, avrokuboklara yollana bilmədiz. Bu uğursuzuluğun fonunda özünüzü kiçik məşqçi hesab edirsiz, yoxsa böyük məşqçi?

- (gülür) Boyum 1,96-dır. Hətta kiçik demək istəsəm də, alınmır, boyum uzundu.

- Oyundan öncə "Neftçi"nin qadınlardan ibarət komandası və əvəzedicilər heyəti çempionluğu bayram edirdi. Bu, komandaya motivasiya verə bilmədi? Ola bilər ki, öz komandanızı oyuna yaxşı kökləyə bilmədiz?

- Qalib gələn komandalarımızı təbrik edirəm. Oyunçularım onsuz da motivasiyalıdır. Amma alınmadı.

- "Forza Neftçi" bir müddət əvvəl yenidən tribunalara qayıtdı. İndi onların könlünü necə ala bilərsiniz?

- İndi heç nə edə bilmərik. Yeni sezon klub daha yaxşı təşkilatlanmalıdı ki, Azərbaycan çempionatındakı əvvəlki roluna yenə qayıtsın. Azarkeşlərimiz son matçda bizə dəstək olduqları üçün təşəkkür edirəm. Bu gün stadionda əsl futbol atmosferi var idi.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC