"Belə prezidenti, belə rəhbərliyi olan kluba maksimum bir il lazımdır ki, Premyer Liqaya qayıtsın" - Tsxadadze

Premyer Liqnın XXXVI turunun “Sumqayıt” – “Qəbələ” oyunundan (1:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı keçirilib. 

Presssport.az xəbər verir ki, gürcüstanlı mütəxəssis matç barədə fikirlərini açıqlayıb: “Sumqayıt”, Samir Abasov və bütün Sumqayıt şəhərini təbrik edirəm. Gözəl atmosfer var idi. Bərabər oyun keçdi. Uduzmaya da bilərdik. Belə stadion, belə atmosferdə avrokuboklara layiq idilər. Onlar daha çox motivasiya olmuşdular. Biz pis oynamadıq. Bəzi oyunçularda köklənmə az idi. Təbii ki, rəqiblə bizim motivasiyamız eyni deyildi. Futbolçulara təşəkkür edirəm. Çox yaxşı oyunlar keçirdilər. Azarkeşlərin çox olması bugünkü matça da çox təsir etdi. Bu gün “Sumqayıt” onlara görə say üstünlüyü qazanmışdı. Biz artıq 1-ci liqadayıq. Belə böyük klubun aşağı düşməsi təəssüf doğurur. Amma böyük klublar da aşağı liqaya düşüb. Bu, düzələn məsələdir. Belə prezidenti, belə rəhbərliyi olan kluba maksimum bir il lazımdır ki, Premyer Liqaya qayıtsın. “Qəbələ” təkcə çempionat deyil, Avropada da yaxşı oynadığını sübut edib. Bugünkü matçdakı atmosferin hər görüşdə olduğunu istəyirəm. Belə ab-hava futbolçulara da müsbət təsir edir. Bu komanda gələn il Premyer Liqaya qayıtmalıdır”.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC