“Səbail” baş məşqçi məsələsiylə bağlı növbəti həftə qərar verəcək.
Presssport.az xəbər verir ki, bu haqda komandanın hazırkı çalışdırıcısı Şahin Diniyev açıqlama verib: “Bu komanda ötən mövsüm 9-cu yeri tutmuşdu. Bu il 10-cu olsaydıq, mən uğursuz idim. Belə olsaydı, özüm qalmazdım. Hardan getmişəmsə, özüm getmişəm. Məni heç vaxt istefaya göndərməyiblər. Futbolda üç il vaxt lazımdı. Qərar rəhbərliyindi. İşimi vicdanla görmüşəm. Həftənin ikinci günü (mayın 28-i-red.) klubun İdarə Heyətinin iclası olacaq. Nə qərar versələr, hörmətlə yanaşacam”.
Xatırladaq ki, 58 yaşlı Diniyev son 1,5 ildə "Səbail"in başında olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC