Güləşçilərimiz Bakıdakı Avropa çempionatında iki gümüş medal qazanıb

Azərbaycanın üç sərbəst güləşçisi Bakı İdman Sarayında keçirilən U-23 Avropa çempionatında medal görüşünə çıxıb.

Presssport.az xəbər verir ki, Kənan Heybətov (70 kq) və Əli Tsokayev (79 kq) finalda uduzaraq gümüş mükafat əldə edib.

Rəvan Musayev (97 kq) isə bürünc medal uğrunda qarşılaşmada uduzaraq yarışı medalsız başa vurub.

Xatırladaq ki, daha əvvəl 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan yunan-Roma güləşi üzrə U-23 yığmamız Avropa çempionatının qalibi olub. Bir dəst (1 qızıl, 1 gümüş, 1 bürünc) medal əldə edən qadınlardan ibarət millimiz isə 76 xal toplayaraq ilk dəfə komanda hesabında 3-cü yeri tutub.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC