"Neftçi” baş məşqçisi Miodraq Bojoviç ilə yollarını ayırıb.
Presssport.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.
Monteneqrodan olan 56 yaşlı mütəxəssisin müqaviləsinin müddətinin uzadılmaması barədə qərar qəbul olunub.
Klub Bojoviçə gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Bojoviç ötən ilin sonunda baş məşqçi təyin olunmuşdu. "Neftçi" onun qarşısında Premye Liqad 2-ci yeri tutmaq və Azərbaycan kubokunu qazanmaq vəzifəsi qoymuşdu. “Neftçi” kubokda yarımfinalda "Qarabağ"a uduzub (0:4,0:1), Premyer Liqada isə 5-ci yeri tutub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC