Toral Bayramov: "Çempionluğu haqq edirdik"

"Bu gün 11-ci dəfə çempion olduq. Düşünürəm ki, Premyer Liqada qalib olmağı haqq edirdik. Çox sevincliyik. Bizim üçün uğurlu və möhtəşəm mövsüm alındı".

Presssport.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Toral Bayramov Misli Premyer Liqasının XXXVI turu bitdikdən sonra baş tutan mükafatlandırma mərasiminin ardından jurnalistlərə açıqlamasında deyib.

Gənc müdafiəçi geriyə ancaq xoş xatirələr qaldığını söyləyib: Mövsümün əvvəlində güvənsiz başlasaq da, sonradan toparlana bildik. Geriyə baxsaq, xoş xatirələrimiz çox oldu.Asan mövsüm olduğunu deməzdim. Əksinə, daha çətin olduğunu düşünürəm. Xatırlayırsınızsa, çempionatın əvvəlində birinci pilləyə yüksələ bilmirdik, 2-cü, 3-cü yerlərdə qalırdıq. Ancaq var gücümüzü ortaya qoyduq və sonda da 8 tur əvvəl çempion olmağı bacardıq".

"Qarabağ"da qalıb-qalmayacağı ilə bağlı sualı cavablandıran Toral bu məsələlərlə klub rəhbərliyinin məşğul olduğunu və o barədə danışmaq istəmədiyini vurğulayıb: "Belə işlərlə menecerlər, klub rəhbərliyi məşğuldu. Danışa biləcəyim bir mövzu deyil. Yaşayarıq görərik". Çempionlar Liqasında ölkəmizi, xalqımızı təmsil edəcəyik. Daha da "artırıb", xalqımızı və azarkeşlərimizi sevindirməyə çalışacağıq".


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC