Ehtiram Quliyev tovuzlulara avrokuboklar mesajı verdi

“Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev "Kəpəz"lə oyundan sonra brifinq keçirib.

Klub rəhbəri Presssport.az-ın Tovuza ezam olunmuş əməkdaşının da iştirak etdiyi brifinqdə başa çatan mövsümdə çox maraqlı, gərgin idman mübarizəsi şəraitində keçən çempionat izlədiklərini söyləyib:  "Turan Tovuz" camiəsi üçün yaxşı təcrübə oldu. Növbəti "futbol ili"ndə də daha güclü, rəqabətli çempionatın olmasını arzulayıram. Gələn il bizi bundan daha maraqlı bir Premyer Liqa gözləyir".
Quliyev 2023/24 mövsümündə avrokuboklar uğrunda mübarizə aparacaqlarını söyləyib:   "Düzdü, infrastrukturu düzəldərək avrokuboklara oynamaq çətindi. Lakin ən azından vəsiqə qazanmalıyıq. Bəlli yola çıxmışıq. İnfrastrukturumuzu qurub, inkişaf etdirə-etdirə artıq daha yüksək yerlər uğrunda mübarizə aparacağıq. Gələn il artıq hədəf avrokuboklar olacaq”.

Klub rəhbəri baş məşqçisi Ayxan Abbasovun işinə də qiymət verib: "Ayxan müəllimdəm məşqçi kimi razıyıq. Komanda onun rəhbərliyi altında qarşıya qoyulan məqsədə çatdı.
Xatırladaq ki, “Turan Tovuz” Premyer Liqada çıxış etdiyi 2 mövsümdə yerini qoruyaraq 6-cı yeri tutub. 

 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC