"Neftçi"nin legioneri Yuri Matias “İnstagram”dakı şəxsi hesabında paylaşım edib.
Presssport.az xəbər verir ki, braziliyalı müdafiəçi komandasının avrokuboklara vəsiqə qazana bilməməsi barədə yazıb: "Daha bir mövsüm sona çatdı! Təəssüf ki, Avropa Liqasına vəsiqə qazana bilmədik və buna görə bütün azarkeşlərdən üzr istəyirəm! Allaha şükürlər olsun ki, daha bir mövsüm zədəsiz keçdi! Başımı dik tutaraq irəliləyirəm və həmişə daha çox, daha yaxşısını etmək axtarışındayam!".
Qeyd edək ki, "Neftçi" Premyer Liqanin XXXVI turunda "Sabah"a evdə 0:1 hesabıyla uduzaraq turnir cədvəlini 5-ci pillədə başa vurub və avrokuboklara yollana bilməyib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC