Azərbaycan milli komandasını iyunun 7-də Albaniya, 11-də Qazaxıstan yığmasına qarşı keçiriləcək beynəlxalq yoldaşlıq görüşlərinə çıxaracaq məşqçilər müəyyənləşib.
Presssport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Macarıstanın Sombatxey şəhərində baş tutacaq oyunlarda millimizə Arif Əsədov rəhbərlik edəcək.
Məşqçilər korpusunda İlham Yadullayev, Füzuli Məmmədov və Kamran Ağayev də təmsil olunacaq. Onlar martdakı oyunlar zamanı da iş başında idi.
Xatırladaq ki, Albaniya ilə matç Bakı vaxtı ilə saat 21:00-da, Qazaxıstanla qarşılaşma isə saat 18:00-da başlayacaq. Hər iki oyun “Haladas SportKomplexum”da olacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC