Dadaşov, İsrafilov və Ozobiç milliyə niyə çağırılmayıb?

Millimizin məşqçisi Arif Əsədov 3 futbolçunun zədə səbəbindən heyətdən kənarda qaldığını açıqlayıb.

Presssport.az xəbər verir ki, təcrübəli mütəxəssis hücumçu Türkiyə Super Liqa təmsilçisi “Hatayspor”un futbolçusu Renat Dadaşovda mikrozədə olduğunu söyləyib: "İndidən müalicəyə başlamalıdır ki, yeni mövsümə qədər tam hazır ola bilsin. Həkimlə məsləhətləşdikdən sonra onu çağırmamaq və müalicə alması üçün imkan yaratmaq qərarına gəldik. Yarımmüdafiəçi Eddi İsrafilovun da zədə ilə bağlı problemi var. Premyer Liqanın son turundakı oyun “Neftçi” üçün böyük önəm daşıdığından, İsrafilov həmin görüşə iynələrin köməkliyi ilə çıxmışdı. Həm onu, həm də zədəsi olan digər yarımmüdafiəçi Filip Ozobiçi kollektivə cəlb etmədik”.
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC