Murad Musayev Ankarada əməliyyat olundu - bu il daha oynamayacaq

“Qəbələ”nin futbolçusu Murad Musayev Türkiyədə əməliyyat olunub. 

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi sol axil vətərinin tam qopması üzündən cərrahi müdaxiləyə məruz qalıb.

Musayevin Ankarada gerçəkləşən əməliyyatı uğurlu keçib. O, 4 reabilitasiya kursu keçməli olacaq. Muradın təxminən 5-6 aydan sonra komanda ilə məşqlərə başlayacağı gözlənilir.

Xatırladaq ki, Musayev Premyer Liqanın son turunda “Sumqayıt”la səfər matçında adi vəziyyətdə ayağı burxulub və xərəklə meydanı tərk edəsi olub. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC