Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamızın üzvü Anna Başta Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edəcək.
Presssport.az Azərbayca Qılıncoynatma Federasiyasının mətbua xidmətinə istinadən xəbər verir ki, Beynəlxalq Qılıncoynatma Federasiyası (FIE) Azərbaycana qılıncoynatmanın sablya növü üzrə qadınların şəxsi yarışında "Paris-2024"də iştirak hüququ verən "universal lisenziya" göndərib.
Lisenziya Olimpiadaya vəsiqə qazanmayan qadın sablyaçılar arasında yüksək reytinqə malik Baştaya verilib.
Bu ölkəmizin təmsil olunacağı ardıcıl 4-cü, ümumilikdə isə 5-ci Olimpiada olacaq. Daha öncə Yelena Jemayeva, Səbinə Kərimova və Anna Başta 4 illiyin zirvə yarışında qadın sablyaçıların şəxsi yarışında ölkəmizi təmsil edib: “İnanırıq ki, bu qərar ölkəmizdə son illərdə qılıncoynatmada müşahidə olunan inkişafın genişlənməsinə impuls verəcək və dünya birinciliklərinin gümüş və bürünc medalçısı Zərifə Hüseynovanın timsalında yeni nəsil qılıncoynadanların yetişməsində stimul rolunu oynayaraq qızların bu idman növünə cəlb olunması baxımından öz müsbət təsirini göstərəcək”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC