"Kostya dayı"nın meydançasının paltardəyişmə otağı uçdu, Gəncədə uşaq futbolu uçurumdadı"

Tanınmış gəncəli uşaq məşqçisi Konstantin Abramenkonun yaratdığı “Lokomotiv” meydançasının paltardəyişmə otağı olan tikili uçub. Bu haqda Presssport24.az-a məlumat verən “Gəncə ”Futbol İctimai Birliyi"nin sədr müavini Firuz Qulami verərək, şəhərə yağan güclü qarın problem yaratdığını deyib: “Hadisə bu gün baş verdi. Qar yağdı, tavan uçdu. Onsuz da bunadək qəzalı vəziyyət idi, indi də tam yararsız vəziyyətə düşdü. Yaxşı ki buranı istifadə etmirdik. Ora əşyalar, idman inventarları qoyurduq. Neçə vaxtdı müraciət edirdik ki, köhnənin yerində yenisini tikin, tikmirlər. Məcburən yolun kənarına vaqon qoymuşuq ki, uşaqlar orda paltarlarını dəyişirlər. Tikilinin uşması haqda şəkilləri, videonu AFFA-nın baş katibi Sərxan Hacıyevə, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi İntiqam Hüseynova, Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər təşkilatının sədri Bayram Aslanovun müavininə, habelə, Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayevə, gəncəli veteran futbolçular - Maşallah Əhmədov, Asif Əliyev, Yunis Hüseynovla Mahmud Qurbanova göndərmişəm. Ki, Gəncədə uşaq futbolu uçurumdadı. Yəqin ki, baxanda bir cavab verərlər. Onun yerində yeni patardəyişmə otağı tikilməlidi”.

Onu da bildirək ki, Əməkdar məşqçi, Əməkdar bədən tərbiyəsi və idman işçisi, “Kostya dayı” kimi tanınan Abramenko 82 yaşınadək həmin meydançada gənc futbolçular yetişdirib, uşaq futbolunun inkişafında müstəsna xidmət göstərib.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC