"İrəvan” AFFA-nın Lisenziya Komissiyasının tələblərinə cavab verə bilmədiyinə görə növbəti mövsüm I Liqada iştirak üçün lisenziya əldə edə bilməyib.
Presssport.az xəbər verir ki, bunu nəzərə alan Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku, Əvəzedicilər Liqası və I Liqanın 2023/2024 mövsümünün Əsasnaməsini rəhbər tutaraq "İrəvan"ı I Liqadan kənarlaşdırıb.
Nəticədə cari mövsüm I Liqada sonuncu yeri tutan “Araz Saatlı” qarşıdakı mövsümdə I Liqada çıxış etmək üçün II Liqada 2-ci olan “Cəbrayıl” ilə pley-off matçlarında qarşılaşacaq.
Onu da bildirək ki, "İrəvan" 10 gün müddətində verilən qərarla bağlı apellyasiya məhkəməsinə müraciət edə bilər.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC