“Bavariya”nın yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Presssport.az xəbər verir ki, Münhen təmsilçisini Vensan Kompani çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
38 yaşlı belçikalı mütəxəssislə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb. "Bavariya" Kompani üçün onun son klubu - İngiltərə "Börnli"sinə təzminat ödəyib.
Xatırladaq ki, uzun fasilədən sonra bu mövsüm Bundesliqanın qalibi ola bilməyən “Bavariya” almaniyalı baş məşqçisi Tomas Tuhellə yollarını ayırıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC