"Neftçi" Qızlar Liqasının qalibidi

Azərbaycan Texniki Universitetinin idman zalında Azərbaycan Qadınlar Liqasının (AQL) final və 3-cü yer uğrunda görüşləri baş tutub.

Presssport.az xəbər verir ki, öncə 3-cü yer uğrunda "Qaradağ" və “Xırdalan” arasında oyuna start verilib. 

Qarşılaşma "Xırdalan" klubunun 51:49 hesablı çətin qələbəsi ilə yekunlaşıb.

Final görüşündə isə "Neftçi" və "Azstars" üz-üzə gəlib. Oyunun əvvələrindən üstünlüyü ələ keçirmiş "Neftçi" sonda 93:29 hesablı inamlı qələbəyə sevinib.

Final oyununun ən dəyərli qadın basketbolçusu (MVP) çempion komandadan Angelina İsmayılova seçilib.

Bununla da "Neftçi" ilk pley-offlu sistemdə keçirilən çempionatın ilk çempionu kimi tarixə düşüb.

Sonda qaliblər federasiya rəsmiləri tərəfindən kubok və medallarla təltif olunub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC