"Emreliyə təklif var və o, bununla razılaşmaq istəyir" - "Dinamo"nun baş məşqçisi

Zaqreb “Dinamo”sunun baş məşqçisi Sergey Yakiroviç azərbaycanlı futbolçusu Mahir Emrelinin yaxın gələcəyindən danışıb.

Presssport.az.xəbər verir ki, Xorvatiya mətbuatına açıqlama verən təcrübəli çalışdırıcı millimizin hücumçusunun mümkün gedişindən söz açıb: 

"Bildiyim qədər Emreliyə təklif var. Düşünürəm ki, o, həmin təkliflə razılaşmaq istəyir. Haliloviçin müqaviləsi başa çatır, idman direktoru onunla danışacaq. Moharrami isə reabilitasiya mərhələsindədi. Bütün həmin oyunçular bu çempionatda “Dinamo”ya çox şey verdi. Hər biri bizim üçün vacib oyunçudur".

Xatırladaq ki, 27 yaşlı Emreli 2022-ci ilin fevralın 2-də “Dinamo”ya keçib və 2026-cı il iyunun 30-na qədər bu kluba məxsusdu.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC