AFFA “Sumqayıt”ın tərcüməçisini cəzalandırıb

AFFA İntizam Komitəsi “Sumqayıt”ın tərcüməçisi Şahin Abdullayevi cəzalandırıb.

Presssport.az xəbər verir ki, buna klub rəsmisinin Azərbaycan Premyer Liqasının XXXVI turunda baş tutan “Qəbələ” ilə matçın bərpasını ləngitdiyinə görə qırmızı vərəqə alması səbəb olub.

Abdullayev 2 oyunluq diskvalifikasiya olunub, klub 1000 manat cərimələnib. Oyun bitdikdən sonra meydana kənar şəxslərin daxil olması “gənclik şəhəri” təmsilçisini daha 800 manat ziyana salıb.

“Qəbələ” isə 4 futbolçusunun sarı vərəqə ilə cəzalandırılması səbəbindən 700 manat cərimələnib.

XXXVI turda baş tutan “Zirə” - “Səbail” görüşündə baş verənlərə görə hər iki klub cərimə və cəzalara məruz qalıb. Belə ki, “Zirə” 4 futbolçusu sarı vərəqə aldığı üçün 700, azarkeşlərinin pirotexniki vasitələrdən istifadəsinə görə isə 1500 manat cərimələnib.

“Səbail” 4 futbolçusunun sarı vərəqə görməsi səbəbindən 700, Valdemar Almeydanın 2-ci sarıdan qırmızı vərəqə almasına görə isə 500 manat cərimələnib. Qarşılaşmanın 70-ci dəqiqəsində meydandan qovulan portuqaliyalı yarımmüdafiəçiyə 1 oyunluq cəza verilib.

AFFA İntizam Komitəsi həmçinin “Turan Tovuz” – “Kəpəz” oyunu bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə meydan sahiblərini 800 manat cərimələyib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC