İyunun 2-dən 3-dək Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələr arasında “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsi keçiriləcək.
Presssport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyasının birgə əməkdaşlığı ilə Bakı Su İdmanı Sarayında təşkil olunacaq tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan və Şimali Kipr Türk Respublikasının komandaları 15 yaş kateqoriyasında yarışacaq.
Açılış mərasimi saat 15:00-da başlayacaq. Yarışlara isə 15:30-da və 11:00-dan etibarən start veriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC