Türkiyə milli komandasınnı heyətində ciddi itki baş verib.
Presssport.az xəbər verir ki, "ay-ulduzlular"ın təcrübəli müdafiəçisi Çağlar Söyüncü sıradan çıxıb.
İcarə əsasında "Fənərbaxça"da çıxış edən 28 yaşlı futbolçu Super Liqanın son turunun "İstanbulspor"la matçında (6:0) ayaq əzələsindən zədə alıb. Müqavilə ilə "Atletiko"ya məxsus olan təcrübəli mərkəz müdafiəçisi bununla da Avropa çempionatının final mərhələsində millisinə kömək edə bilməyəcək.
Xatırladaq ki, Türkiyə yığması AVRO-2024-də Portuqaliya, Çexiya və Gürcüstanla eyni qrupda mübarizə aparacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC