AFFA İntizam Komitəsi 2 komandanı azarkeşlərinin davranışına görə cərimələyib.
Presssport.az xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub.
Əvəzedicilər liqasında XXXVI turun “Turan Tovuz-2” – “Kəpəz-2” oyunundan əvvəl azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə meydan sahibləri 150 manat cərimə olunub.
II Liqada pley-off mərhələsinin “Şəfa” – “Hypers” matçında da meydan sahiblərinin fanatları eyni davranışla yadda qalıb. İntizam Komitəsi buna görə “Şəfa”nı da 150 manat cərimələyib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC