Növbəti mövsümdən yenidən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq "Şamaxı"nı daha 2 futbolçu tərk edib.
Presssport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Geridə qalan mövsümün əvvəlində icarə əsasında "Şamaxı"ya qoşulan müdafiəçilər Süleyman Damadayev və Elçin Qasımov icarə müddəti başa çatdığı üçün müqavilə ilə məxsus olduqları klublara geri dönüb. Belə ki, Elçin "Turan Tovuz"a, Süleman isə "Qəbələ"yə qayıdıb.
"Şamaxı" bu gün qapıçı Əkpər Vəliyevlə də yollarını ayırdığını açıqlayıb.
Xatırladaq ki, "Şamaxı" bu mövsüm I Liqanın qalibi olaraq elitada iştirak etmək hüququ qazanıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC