Türkiyənin qadın futbol yığmasının baş məşqçisi Necla Güngör Millətlər Liqasının B1 qrupunda Ərzincanda Azərbaycan millisinə qarşı bu gün keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.
Presssport.az xəbər verir ki, türkiyəli mütəxəssis millimizlə görüşdə qələbəyə inandıqlarını dilə gətirib: "Son məşqimizi keçirmişik. Püşkatma mərasimi olanda özümüz üçün tədbirlər planı tərtib etdik və Azərbaycanla qarşıdakı iki oyun hədəflərimiz baxımından çox vacibdi. Ərzincanlıların mütləq bu gözəl stadionu ziyarət edəcəyini gözləyirik. Şəhər tarixində millinin ilk oyununda bizi tək qoymasınlar. Gəlsinlər, qələbəni birlikdə qeyd edək. Bakıya yaxşı qələbə əhval-ruhiyyəsi ilə getmək istəyirik ki, ordan üç xalla qayıda bilək".
Xatırladaq ki, Türkiyə - Azərbaycan matçı bu gün “Ərzincan 13 Şubat” stadionunda Bakı vaxtı ilə saat 21:00-da start veriləcək. Komandalar arasında ikinci görüş isə iyunun 4-də “Liv Bona Dea Arena” stadionunda saat 19:00-da keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC