“Qızıl Avropa Liqasında hansısa məqsədlərdən danışmaq çətindi. Bacardığımız qədər yaxşı oyun göstərmək istəyirik"
Presssport.az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu kişilərdən ibarət milli komandamızın üzvü Andrey Melnikov deyib.
Yığmamızın hücumçusu Qızıl Avropa Liqasında qarşılaşacaqları Estoniya ilə matç barədə danışıb: "Əlbəttə ki, qələbə ilə geri dönməyi arzu edirik. Lakin obyektiv baxmaq lazımdı, bizə çox çətin olacaq. Çünki Estoniyanın oyunçuları güclü klublarda çıxış edir. Maksimum dərəcədə çalışıb, əlimizdən gələnin ən yaxşısını edəcəyik".
Melnikov ilk iki turda üz-üzə gəldikləri rəqiblərlə bağlı fikirlərini bölüşüb: "İlk iki tur çox çətin oldu. Qarşılaşdığımız komandalar yüksək səviyyəli oyun sərgilədi. Rəqiblərin heyətlərindəki voleybolçular uzun müddətdir bir yerdə oynadıqları üçün çox yaxşı anlaşır. Həmçinin rəqiblərimiz neçə illərdir ki, beynəlxalq turnirlərdə çıxış edib".
Xatırladaq ki, millimiz Qızıl Avropa Liqasında Belçika, Ukrayna və Rumıniya komandaları ilə görüşlərdə 0:3 hesabı ilə uduzub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC