2024/25 mövsümündə Azərbaycanı UEFA Regionlar Kubokunda “Şimal” təmsil edəcək.
Presssport.az xəbər verir ki, Xaçmaz təmsilçisi bu hüququ AFFA Region Liqasının qalibi olmaqla qazanıb.
Artıq şimallıların turnirdəki rəqibləri də məlumdu. Belə ki, mübarizəyə ilkin təsnifat mərhələsindən başlayacaq Tural Cəlilovun komandası rəqibləri Gürcüstanın “Football School Bridge” və İsveçin “Gothenburq” klubları olacaq. Oyunlar 28 iyun - 4 iyul tarixlərində Gürcüstanda təşkil ediləcək.
Yarışın qalibi olacaq komanda mübarizəni UEFA Regionlar Kubokunun I mərhələsində davam etdirəcək. Burda rəqiblər İrlandiya, İsveçrə və Şimali İrlandiyanın Region Liqası çempionları olacaq. Həmin mərhələnin oyunları 21-27 oktyabrda İsveçrədə keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC