İyunun 11-də Macarıstanda Azərbaycan millisi ilə beynəlxalq yoldaşlıq görüşü keçirəcək Qazaxıstan yığmasının baş məşqçisi Məhəmməd Adiyev vəzifəsindən gedib.
Presssport.az xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyası bəyanat yayıb.
Rusiyalı mütəxəssisin ailə vəziyyətini əsas gətirərək istefa verdiyi açıqlanıb. O da bildirilib ki, gələn həftənin əvvəlindən məşqçi seçimlərinə başlanacaq.
Xatırladaq ku, Adiyev 2022-ci ildən Qazaxıstan millisinə rəhbərlik edirdi. 47 yaşlı mütəxəssis son mövsümdə Rusiya Premyer Liqa təmsilçisi “Axmat"ı da çalışdırıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC