“Neftçi”ylə yollarını ayıran Fərrux Mahmudov bununla bağlı “Facebook”dakı şəxsi hesabında paylaşım edib.
Presssport.az xəbər verir ki, o, bu gün adıçəkilən klubun baş icraçı direktoru vəzifəsində sonuncu gününün olduğunu yazıb: "Klub ilə qarşılıqlı razılıq əsasında yollarımızı ayırdıq. Bu şərəfli, eyni zamanda məsuliyyətli yolun bir parçası olmaqdan qürur duyuram. Bu müddət ərzində qarşıya qoyulan məqsədlərin hamısını reallaşdıra bilməsək də, əsaslı və perspektivli işlərə imza atdıq. Göz qabağında olmayan bu işlərlə böyük bir dövrün, dəyişikliyin təməlini qoyduq. Hər kəsə - komanda yoldaşlarıma, futbolçulara, həmkarlara, azarkeşlərə təşəkkürümü bildirir, “Neftçi”yə uğurlar, layiq olduğu yerlər və parlaq nailiyyətlər arzu edirəm”.
Xatırladaq ki, Mahmudov ötən ilin iyulundan “Neftçi”də çalışırdı.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC