Azərbaycan Kubokunun finalında "Qarabağ" ilə qarşılşacaq "Zirə" tarixinin ilk kubokunu qazanmaq şansına malikdi.
Presssport.az PFL-in mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu bacaracağı təqdirdə Rəşad Sadıqovun yetirmələri yarışın qalibi adını qazanacaq 10-cu komanda kimi tarixə düşəcək.
“Qarabağ” isə yarışın 7 qat qalibidi. Ağdam klubu Azərbaycan Kubokunu başı üzərinə qaldırmaqda mütləq rekordçudu. Bölgə təmsilçisi rekordunu yeniləməklə digərləri ilə fərqi artırmağa çalışacaq.
Xatırladaq ki, 1992-ci ildən keçirilən yarışda 9 klub - “Qarabağ” (7), “Neftçi” (6), “Kəpəz” (4), “Xəzər Lənkəran”, “Bakı” (hər ikisi 3), “Keşlə” (indiki “Şamaxı”), “Qəbələ" (hər ikisi 2), “İnşaatçı”, “Şəfa” (hər iksi 1) qalib adına sahib çıxıb
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC