Yeni mövsümdə Türkiyə Super Liqasında çıxış edəcək sonuncu klub müəyyənləşib.
Presssport.az xəbər verir ki, bu, “Bodrumspor”du.
Bodrum təmsilçisi elitaya vəsiqə uğrunda keçirilən pley-off mərhələsinin final matçında “Sakaryaspor”u əlavə vaxtda 3:1 hesabıyla üstələyib.
Bununla da “Bodrumspor” tarixində ilk dəfə Super Liqada çıxış edəcək. Komanda 1931-ci ildə yaradılmasına baxmayaraq, uzun müddət həvəskarlar arasında yarışıb. Yalnız 2015-ci ildən etibarən mütəmadi olaraq III Liqada mübarizə aparmağa başlayıb. 2017-ci ildə ilk dəfə II Liqaya yüksələn “Bodrumspor” 2022-ci ildə I liqada debüt edib. Ötən il pley-offun finalında uduzan komanda nəhayət, bu dəfə Super Liqaya yüksəlməyi bacarıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC