“Musa Qurbanlı ilə bağlı yazılanların 99 faizi kimlərinsə fərziyyələridi”.
Presssport.az xəbər verir ki, bunu İsveçin "Yurqorden" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının meneceri Tural Əsgərov deyib.
O, 22 yaşlı hücumçunun "Qarabağ"a qayıdacağı barədə deyilənləri şərh edib: "Musa hələ "Yurqorden"dədir. Klubla qüvvədə olan müqaviləsi var. Komandadan ayrılmaq istəyir. "Yurqorden" də buna etiraz etmir. Bu, icarə əsasında, yaxud birdəfəlik ayrılıq da ola bilər. Yaxın günlərdə məsələni həll etməyə çalışacağıq. Musa Qurbanlının hansı kluba keçəcəyi ilə bağlı konkret məlumat yoxdur. Bu, "Qarabağ" və ya digərləri də ola bilər".
Menecer futbolçunu İsveçdə razı salmayan məqamlardan danışıb: "Yeganə məqam oynamamasıdır. O, ümumiyyətlə, şans qazanmır. Belə olan təqdirdə, sadəcə pul qazanmaq üçün klubda qalmasının heç bir anlamı yoxdur".
Qeyd edək ki, M.Qurbanlı 2023-cü ilin yayında "Qarabağ"dan İsveç klubuna transfer olunub (report.az).
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC