Kişi voleybol yığmamız Qızıl Avropa Liqasında yenə məğlub olub

Bu gün Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Qızıl Avropa Liqasında III turun görüşünə çıxıb.

Presssport.az xəbər verir ki, Fərid Cəlalovun komandası Estoniya millisinin qonağı olub.

Voleybolçularımız rəqibinə 0:3 (14:25, 15:25, 17:25) hesabı ilə uduzub.

Xatırladaq ki, kişilərdən ibarət milli bundan əvvəlki matçlarda Rumıniya, Ukrayna, Belçika və Şimali Makedoniyaya 0:3 hesabı ilə məğlub olub. Hesabında xal olmayan yığmamız sonuncu - 12-ci yerdədi və növbəti matçında iyunun 1-də Lüksemburqla qarşılaşacaq.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC