Emre Belözoğlu istefaya göndərildi

"Ankaragücü" baş məşqçisi Emre Belözoğlu ilə yollarını ayırıb.

Presssport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Belə ki, Super Liqa təmsilçisi 44 yaşlı türkitəli mütəxəssislə aparılan danışıqlardan sonra qarşılıqlı şəkildə əməkdaşlığa xitam vermək barədə qərar qəbul etdiklərini açıqlayıb.

Klub Emreyə təşəkkür edib və uğurlar arzulayıb.

Xatırladaq ki, Belözoğlu ötən ilin oktyabrından "Ankaragücü"nün baş məşqçisi idi. Onun komandası son mövsümdə 40 xalla 17-ci yeri tutub.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC