“Real” 15-ci dəfə ÇL-in qalibi olub

Çempionlar Liqasınının (ÇL) 2023/24 mövsümünün qalibi bəlli olub.

Presssport.az xəbər verir ki, İngiltərənin paytaxtı Londondakı “Uembli”də keçirilmiş final görüşündə Dortmund “Borussiya”sı və “Real” üz-üzə gəlib.

Sloveniyalı referi Slavko Vinçiçin idarə etdiyi qarşılaşma madridlilərin inamlı qələbəsi ilə yekunlaşıb – 2:0. 

Matçda hər iki qol ikinci hissədə vurulub. 74-cü dəqiqədə Dani Karvaxal topu başla tora göndərib, bundan 9 dəqiqə sonra isə Vinisius Junior fərqlənib.

Beləliklə, “Real” 1 illik fasilədən sonra və tarixində 15-ci dəfə ÇL-in qalibi olub. Baş məşqçi Karlo Ançelotti üçünsə bu, 4-cü tituldur. 65 yaşlı italiyalı mütəxəssis daha öncə 2022/23 mövsümündə “Liverpul”u yenərək “Real"ı bu turnirin qalibi etmişdi. Eyni zamanda, o, 2002/03 və 2006/07 mövsümlərində “Milan"la da bu titulu əldə edib.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC