"Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının (ÇL) qalibi olmalarını şərh edib.
Presssport.az xəbər verir ki, 65 yaşlı çalışdırıcı buna görə çox xoşbəxt olduğunu dilə gətirib: "Əlbəttə, bu, belədi. Bu, yuxu kimi görünür, amma reallıqdı. Həqiqətən çətin oyun oldu. Birinci hissədə rəqib daha yaxşı oynadı. İkinci hissədə isə vəziyyəti ələ aldıq. Final həmişə belə olur. Əsas odur ki, qalib gələ bildik. Fantastik mövsüm keçirdik və çox şadıq ki, yenidən kuboku qazana bildik”.
İtaliyalı mütəxəssis final oyununun fasiləsində futbolçulara yüksək səslə qışqıraraq motivasiya vermədiyini deyib: “Buna ehtiyacım yox idi. Amma bəzi şeyəri danışmalı idim. İlk hissədə çoxlu top itirirdik. İkinci hissədə taktikamızı bir az da qaydaya saldıq. Meydanda rəqibdən daha yaxşı olduq. Xoşbəxtlikdən, etdiyimiz dəyişikliklər sonda işə yaradı”.
Xatırladaq ki, Madrid təmsilçisi ötən gecə Londonda “Uemsli” stadionunda 74 və 83-cü dəqiqələrdə vurduğu qollarla Dortmund “Borussiya”sına 2:0 hesabıyla qalib gəlib. Bununla da "Real" tarixində 15-ci dəfə ÇL-i qazanıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC