Joze Mourinyonun "Fənərbaxça"nın yeni baş məşqçisi olacağı dəqiqləşib.
Presssport.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Belə ki, 61 yaşlı portuqlaiyalı mütəxəssis bu gün İstanbula gələcək. Klub Bakı vaxtı ilə saat 20:00-da "Şükrü Saracoğlu" stadionda Mourinyo üçün təqdimat mərasimi keçirəcək. "Fənərbaxça" sosial şəbəkə hesablarında azarkeşlərini mərasimə dəvət edib.
Mourinyonun son klubu "Roma" olub. O, 2021-ci ilin yayından 2024-cü ilin yanvarına qədər çalışdırdığı romalılarla 2021/22 mövsümündə Konfrans Liqasının qalibi olub, növbəti mövsümdə isə Avropa Liqasının finalına yüksəlib. Portuqaliyalı məşqçi daha əvvəl "Benfika", "Portu", "İnter", "Çelsi", "Real", "Mançester Yunayted" və "Tottenhem"i də çalışdırıb.
Xatırladaq ki, "Fənərbaxça" son baş məşqçisi İsmail Kartalla mayın 31-də yollarını ayırıb. Komanda onun rəhbərliyi altında son mövsümü 2-ci pillədə başa vurub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC